İcmal

Bu vebsayt Income Hall tərəfindən idarə olunur. Saytda "biz", bizi, bizə" və "bizim" sözləri ilə Income Hall-a istinad edilir. Bu vebsaytdakı bütün müddəaları, şərtləri, siyasətləri və bildirişləri qəbul edəcəyiniz təqdirdə, Income Hall bu saytda əldə edilməsi mümkün olan bütün məlumatlar, alətlər və xidmətləri sizə, istifadəçiyə təklif edir.

Bizim vebsaytımıza baş çəkməklə və/və ya bizdən nə isə almaqla, siz bizim "Xidmətimizə" qoşulur və burada istinad olunmuş və/və ya link vasitəsilə əlçatan olan bütün əlavə şərtlər və müddəalar, eləcə də siyasətlər daxil olmaqla aşağıdakı şərtlər və müddəalara ("Xidmət Şərtləri", "Şərtlər") riayət etməyə razılıq verirsiniz. Bu Xidmət Şərtləri internet istifadəçiləri, satıcılar, müştərilər, ticarətçilər və/və ya məzmun paylayıcıları kimi məhdudiyyətsiz istifadəçilər daxil olmaqla saytın bütün istifadəçilərinə şamil edilir.

Lütfən vebsaytımıza daxil olmazdan və ya istifadə etməzdən öncə bu Xidmət Şərtlərini diqqətlə oxuyun. Bu sayta daxil olmaqla və ya onun hər hansı bir hissəsindən istifadə etməklə, siz bu Xidmət Şərtlərinə riayət etməyə razılaşırsınız. Əgər bu müqavilənin şərtlərinə və müddəalarına razılıq verməsəniz, o zaman siz vebsayta daxil ola bilməz və ya hər hansı xidmətlərdən istifadə edə bilməzsiniz. Əgər bu Xidmət Şərtləri təklif hesab olunarsa, onların qəbulu aşkar şəkildə Xidmət Şərtləri ilə məhdudlaşır.

Mövcud dükana əlavə olunmuş hər hansı yeni funksiyalar və ya alətlər Xidmət Şərtlərinə tabe tutulmalıdır. Siz bu səhifədə Xidmət Şərtlərinin ən yeni versiyasına istənilən vaxt baxa bilərsiniz. Biz, vebsaytımıza hər hansı yeniliklər və/və ya dəyişikliklər etməklə bu Xidmət Şərtlərininin hər hansı bir hissəsini yeniləmək, dəyişmək və ya əvəz etmək haqqını özümüzdə saxlayırıq. Dəyişikliklərə baxmaq üçün bu səhifəni mütəmadi olaraq yoxlamaq sizin məsuliyyətinizə daxildir. Hər hansı dəyişikliklərin edilməsindən sonra bu vebsaytdan istifadəyə və ya bu vebsayta daxil olmağa davam etməyiniz, o dəyişiklikləri qəbul etməyiniz mənasına gəlir.

Onlar bizə məhsullarımızı və xidmətlərimizi sizə satmağa imkan verən onlayn e-kommersiya müstəvisi təmin edirlər.

BÖLMƏ 1 - ONLAYN DÜKANIN ŞƏRTLƏRİ

Bu Xidmət Şərtlərinə razılaşmaqla, siz öz dövlətinizdə və ya yaşayış bölgənizdə ən azı yetkinlik yaşına çatdığınızı və ya öz dövlətinizdə və ya yaşayış bölgənizdə yetkinlik yaşına çatmış biri olaraq himayənizdə olan azyaşlıların bu saytdan istifadə etməsinə razılıq verdiyinizi təsdiq edirsiniz. Siz bizim məhsullarımızı hər hansı qanunsuz və ya icazəsiz məqsədlər üçün istifadə edə bilməzsiniz, və ya bu Xidmətdən istifadə edərkən öz yurisdiksiyanızdakı hər hansı qanunları (müəllif hüquqları qanunları daxil olmaqla, amma onlarla məhdudlaşmayan) poza bilməzsiniz. Siz hər hansı viruslar və ya fayllar və ya hər hansı dağıdıcı mahiyyətdə olan kod ötürməməlisiniz. Bu Şərtlərin hər hansı birinin pozulması Xidmətlərinizin dərhal dayandırılması ilə nəticələnəcək.

BÖLMƏ 2 - ÜMUMİ MÜDDƏALAR

Biz, istənilən şəxsə hər hansı bir vaxtda xidmət göstərməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq. Siz məzmununuzun (kredit kartı məlumatı istisna olmaqla) şifrələnməmiş şəkildə və müxtəlif şəbəkələr vasitəsilə (a) ötürülə biləcəyini; və qoşulmuş şəbəkələr və (b) cihazların texniki tələblərinə uyğun olmaq üçün dəyişə biləcəyini başa düşürsünüz. Şəbəkələr üzərində ötürmə zamanı kredit kartı məlumatı hər zaman şifrələnir. Siz bizim aşkar yazılı icazəmiz olmadan bu Xidməti yenidən istehsal etməməyə, duplikatını, nüsxəsini çıxarmamağa, satmamağa və ya hər hansı hissəsini istismar etməməyə, Xidmətdən istifadə etməməyə və ya Xidmətə, eləcə də və ya xidmətin təmin olunduğu vebsaytdakı hər hansı əlaqə məlumata çıxış əldə etməməyə razılaşırsınız. Bu müqavilədə istifadə olunmuş başlıqlar yalnız rahatlıq məqsədilə təmin olunub və bu Xidmətləri məhdudlaşdırmır və ya hər hansı bir şəkildə onlara təsir göstərmir.

BÖLMƏ 3 - MƏLUMATIN DƏQİQLİYİ, TAMLIĞI VƏ VAXTINDA OLMASI

Bu saytdakı məlumatın dəqiq, tam və cari olmamasına görə biz məsuliyyət daşımırıq. Bu saytda verilmiş material yalnız ümumi məlumat üçün təmin olunur və məlumatın əsas, daha dəqiq, daha tam və ya daha vaxtında olan mənbələrinə müraciət etmədən, qərarların qəbulu üçün ona etibar edilməməli və ya ondan istifadə olunmamalıdır. Bu saytdakı materiala hər hansı etimad sizin öz riskiniz hesabınadır. Bu saytda keçmişlə bağlı bəzi məlumatlar ola bilər. Əlbəttə ki, keçmişlə bağlı bu məlumatlar cari məlumatlar deyil və yalnız istinad məqsədilə təmin olunur. Biz bu saytın məzmununu dəyişmək haqqını özümüzdə saxlayırıq, amma saytımızdakı məlumatları yeniləməklə bağlı heç bir öhdəlik daşımırıq. Saytımıza edilən dəyişiklikləri müşahidə etməyin sizin məsuliyyətinizə daxil olduğuna razılaşırsınız.

BÖLMƏ 4 - XİDMƏTƏ VƏ QİYMƏTLƏRƏ DÜZƏLİŞLƏR

Məhsullarımızın qiyməti hər hansı bildiriş olmadan dəyişdirilə bilər. Biz istənilən vaxt hər hansı bildiriş olmadan Xidməti (və ya onun hər hansı bir hissəsini və ya məzmununu) dəyişdirmək və ya dayandırmaq haqqını özümüzdə saxlayırıq. Hər hansı düzəliş, qiymət dəyişikliyi, təxirə salma və ya Xidməti dayandırma ilə bağlı sizin və ya hər hansı üçüncü tərəfin qarşısında hər hansı öhdəlik daşımırıq.

BÖLMƏ 5 - MƏHSULLAR VƏ YA XİDMƏTLƏR (əgər tətbiqi mümkündürsə)

Bəzi məhsullar və ya xidmətlər eksklüziv olaraq vebsayt vasitəsilə, onlayn əlçatan ola bilər. Bu məhsullar və xidmətlərin məhdud sayı ola və yalnız Qaytarma Siyasətimizə əsasən qaytarmağa və ya dəyişdirməyə tabe tutula bilər. Satın alınmış məhsullar və/və ya paketlərdəki bütün təhsil materialları e-poçt vasitəsilə alınmalı, istifadə etdiyiniz e-poçtun dəqiq və işlək olmasını təmin etməlisiniz. Dükandakı məhsullarımızın rənglərini və görüntülərini mümkün qədər dəqiq göstərmək üçün bütün səyləri göstərmişik. Kompüter monitorunuzun göstərdiyi hər hansı rəngin dəqiq olmasına zəmanət verə bilmərik. Məhsullarımızın və ya Xidmətlərinizin satışını hər hansı şəxsə, coğrafi regiona və ya yurisdiksiyaya məhdudlaşmırmaq haqqına malik olsaq da, belə bir öhdəliyimiz yoxdur. Biz hüququmuzdan vəziyyətə əsasən istifadə edə bilərik. Təklif etdiyimiz məhsul və ya xidmətlərin hər hansının sayının məhdudlaşdırılması haqqını özümüzdə saxlayırıq. Məhsulların və ya məhsul qiymətləndirməsinin bütün təsvirləri hər hansı bildiriş olmadan, özümüzün qərarı əsasında dəyişdirilə bilər. Biz hər hansı məhsulun satışını istənilən vaxt dayandırmaq haqqını özümüzdə saxlayırıq. Bu sayt vasitəsilə hər hansı məhsul və ya xidmət üçün edilmiş hər hansı təklif, qadağan olunan yerlərdə etibarsızdır. Sizin satın aldığınız və ya əldə etdiyiniz hər hansı məhsulların, xidmətlərin, məlumatın və ya digər materialın sizin gözləntilərinizə cavab verəcəyinə və ya Xidmətdəki hər hansı xətaya düzəliş ediləcəyinə zəmanət vermirik.

BÖLMƏ 6 - HESABLAŞMANIN VƏ HESAB BARƏDƏ MƏLUMATIN DƏQİQLİYİ

Bizə etdiyiniz hər hansı sifarişə imtina etmək hüququnu özümüzdə saxlayırıq. Biz, öz qərarımız əsasında, adam başına, ailə təsərrüfatı üzrə və ya hər sifariş üzrə miqdarı məhdudlaşdıra və ya ləğv edə bilərik. Bu məhdudiyyətlərə eyni müştəri hesabı, eyni kredit kartı çərçivəsində və ya tərəfindən edilmiş sifarişlər və/və ya eyni hesablaşma və/və ya eyni göndəriş ünvanından istifadə olunmuş sifarişlər daxil ola bilər. Əgər biz hər hansı sifarişi dəyişdirər və ya onu ləğv edəriksə, sizinlə sifariş edilən zaman təmin edilmiş e-poçt və/və ya hesablaşma ünvanı/telefon nömrəsi vasitəsilə əlaqə saxlamaqla sizə məlumat verməyə cəhd edə bilərik. Dilerlər, təkrar satıcılar və ya distribyutorlar tərəfindən edilmiş kimi görünən sifarişləri sırf öz mühakiməmizə əsasən məhdudlaşdırmaq və ya qadağan etmək haqqını özümüzdə saxlayırıq.

Dükanımızdakı bütün alışlar üçün cari, tam və dəqiq satınalma və hesab məlumatını təmin etməyə razılaşırsınız. Hesabınızı və e-poçt ünvanı, kredit kart nömrələri, bitmə tarixləri daxil olmaqla digər məlumatları vaxtında yeniləməyə razılaşırsınız ki, biz əməliyyatlarınızı tamamlaya bilək və zəruri olarsa, sizinlə əlaqə saxlaya bilək.

Ətraflı məlumat üçün lütfən bizim Qaytarmalar Siyasətimizi nəzərdən keçirin.

BÖLMƏ 7 - SEÇİM ƏSASLI ALƏTLƏR

Sizi üzərində heç bir müşahidəmiz, nəzarətimiz olmayan və düzəliş etmədiyimiz üçüncü tərəf alətlərinə çıxışla təmin edə bilərik. Siz qəbul edir və razılaşırsınız ki, biz "olduğu kimi" və ya "mövcud olarsa" şərtləri ilə, hər hansı zəmanətlər, təminatlar və ya şərtlər olmadan, öz müsbət rəyimizi vermədən belə alətlərə çıxışı təmin edirik. Seçim əsaslı üçüncü tərəf alətlərindən istifadənizlə bağlı yaranan hər hansı öhdəliyi daşımırıq. Sayt tərəfindən təklif olunan seçim əsaslı alətlərin tərəfinizdən istifadəsi tamamilə sizin öz riskiniz və hökmünüzə bağlıdır və siz müvafiq üçüncü tərəflərin təmin etdiyi alətlərin təmin edilmə şərtləri ilə tanış olduğunuza və təsdiq etdiyinizə əmin olmalısınız. Biz həmçinin gələcəkdə vebsaytımız vasitəsilə yeni xidmətlər və/və ya funksiyalar təklif edə bilərik (yeni alətlər və resursların buraxılması daxil olmaqla). Belə yeni funksiyalar və/və ya xidmətlər də bu Xidmət Şərtlərinə tabe tutulmalıdır.

BÖLMƏ 8 - ÜÇÜNCÜ TƏRƏFİN LİNKLƏRİ

Xidmətimiz vasitəsilə təqdim olunan bəzi məzmunlar, məhsullar və xidmətlər üçüncü tərəfin materiallarını ehtiva edə bilər. Bu saytdakı üçüncü tərəf linkləri, sizi bizimlə əlaqəsi olmayan üçüncü tərəf vebsaytlarına yönləndirə bilər. Biz hər hansı üçüncü tərəf materialları və ya vebsaytlarına və ya hər hansı digər materiallar, məhsullar və ya xidmətlərinə görə öhdəlik və ya məsuliyyət daşımırıq və biz belə materiallar və vebsaytların məzmununu və ya dəqiqliyini yoxlamağa və qiymətləndirməyə məsul deyilik. Biz hər hansı üçüncü tərəf vebsaytları ilə bağlı olaraq edilən hər hansı məhsul, xidmət, resurs, məzmun alışları və ya hər hansı digər əməliyyatlarla əlaqədar hər hansı ziyan və ya xətaya görə öhdəlik daşımırıq. Lütfən üçüncü tərəfin siyasətlərini və təcrübələrini diqqətlə nəzərdən keçirin və hər hansı əməliyyatda iştirak etməzdən öncə onları başa düşdüyünüzə əmin olun. Üçüncü tərəf məhsulları ilə bağlı şikayətlər, iddialar, narahatlıqlar və ya suallar üçüncü tərəfə yönləndirilməlidir.

BÖLMƏ 9 - İSTİFADƏÇİ ŞƏRHLƏRİ, RƏYLƏRİ VƏ DİGƏR TƏQDİMATLARI

Əgər müraciətimiz əsasında siz bəzi spesifik məzmunlar (məsələn müsabiqə materialları) göndərərsinizsə və ya bizim müraciətimiz olmadan siz yaradıcı ideyalar, təkliflər, planlar və ya digər materialları onlayn, e-poçt, poçt və ya hər hansı başqa formada göndərərsinizsə, razılaşırsınız ki, biz istənilən vaxt məhdudiyyət olmadan, bizə göndərdiyiniz hər hansı materialı və şərhi redaktə edə, nüsxəsini çıxara nəşr edə, paylaşa, tərcümə edə və hər hansı başqa şəkildə istifadə edə bilərik. Biz (1) hər hansı şərhi gizli saxlamaq; (2) hər hansı şərhə görə təzminat ödəmək; və ya (3) hər hansı şərhi cavablandırmaqla bağlı hər hansı öhdəlik daşımırıq və daşımamalıyıq. Biz, öz mülahizəmizə əsasən qeyri-qanuni, qeyri-münasib, qorxuducu, şərləyici, şantaj edici, pornoqrafik, açıq-saçıq və ya başqa bir şəkildə qeyri-məqbul hesab etdiyimiz və ya hər hansı tərəfin intellektual mülkiyyətini və ya bu Xidmət Şərtlərini pozan məzmuna nəzarət edə, onu dəyişdirə və ya silə bilərik, amma belə bir öhdəlik daşımırıq. Siz öz şərhlərinizin müəllif hüququ, əmtəə nişanı, məxfilik, təmsilçilik hüququ və ya digər şəxsi yaxud özəl hüququ daxil olmaqla üçüncü tərəfin hər hansı hüququnu pozmayacağına razılaşırsınız. Siz həm də razılaşırsınız ki, şərhləriniz şərləyici, və ya hər hansı qeyri-qanuni, kobud və ya açıq-aşkar material, eləcə də Xidmətin və ya hər hansı əlaqədar vebsaytın fəaliyyətinə hər hansı şəkildə təsir edə bilən kompüter virusu və ya başqa bir zərərli fayl ehtiva etməyəcək. Siz saxta e-poçt ünvanından istfadə edə, özünüzü başqa birisi kimi göstərə, şərhlərin mənbəyi ilə bağlı bizi və ya üçüncü tərəfləri yanlış yönləndirə bilməzsiniz. Etdiyiniz hər hansı şərhə və onun dəqiqliyinə görə sadəcə siz məsuliyyət daşıyırsınız. Sizin və ya üçüncü tərəfin etdiyi hər hansı şərhlərə görə üzərimizə heç bir öhdəlik və məsuliyyət götürmürük.

BÖLMƏ 10 - ŞƏXSİ MƏLUMAT

Dükan vasitəsilə şəxsi məlumatınızı daxil etməyiniz bizim Məxfilik Siyasətimiz ilə tənzimlənir. Bizim Məxfilik Siyasətimizə baxın.

BÖLMƏ 11 - XƏTALAR, QEYRİ-DƏQİQLİKLƏR VƏ BURAXMALAR

Bəzən saytımızda və ya Xidmətdə məhsul təsvirləri, qiymətləndirmə, reklamlar, təkliflər, məhsul göndərmə ödənişləri, ötürmə vaxtları və əlçatanlıqla əlaqədar yazı xətası, qeyri-dəqiqlik və ya buraxmalar ola bilər. Əgər Xidmətdə və ya onunla əlaqədar olan hər hansı saytda hər hansı məlumat qeyri-dəqiq olarsa, öncədən bildiriş vermədən (siz sifarişinizi verdikdən sonra da) hər hansı xətalara, yanlışlıqlara, buraxmalara düzəliş etmək və ya sifarişləri ləğv etmək hüququnu özümüzdə saxlayırıq. Qanunla tələb olunmuş hallar istisna olmaqla, biz Xidmətdə və ya hər hansı əlaqədar vebsaytda məhdudiyyət olmadan, qiymət barədə məlumatı yeniləmək, aydınlaşdırmaq və ya düzəliş etməklə bağlı üzərimizə heç bir öhdəlik götürmürük. Xidmətdə və ya hər hansı əlaqədar vebsaytda tətbiq olunmuş heç bir yeniləmə və ya təzələmə tarixi, Xidmətdə və ya hər hansı əlaqədar vebsaytda bütün məlumatların dəyişdiriləcəyi və ya yeniləcəyi anlamına gəlməməlidir.

BÖLMƏ 12 - QADAĞAN EDİLMİŞ İSTİFADƏLƏR

Xidmət Şərtlərində qeyd olunmuş digər qadağalara əlavə olaraq, aşağıdakı məqsədlər üçün saytdan və ya onun məzmunundan istifadə etməyiniz qadağan olunur: (a) hər hansı qeyri-qanuni məqsədlər; (b) digərlərinin hər hansı qeyri-qanuni fəaliyyətlərdə iştirak etməsini istəmək; (c) hər hansı beynəlxalq, federal, əyalət və ya ştat qanunvericiliyini, qaydalarını, qanunlarını və ya digər fərmanları pozmaq; (d) bizim əqli mülkiyyət haqlarımızı və ya digərlərinin əqli mülkiyyət haqlarını pozmaq; (e) cins, cinsi orientasiya, din, etnik mənsubiyyət, irq, yaş, milli mənşə və ya əlilliklə bağlı olaraq hədə-qorxu gəlmək, zorakılıq etmək, təhqir etmək, zərər vurmaq, şantaj etmək, böhtan atmaq, gözdən salmaq, qorxutmaq və ya ayrı-seçkilik etmək; (f) Yanlış və ya azdırıcı məlumat təqdim etmək; (g) Xidmətin və ya onunla bağlı hər hansı vebsaytın, digər vebsaytların və ya internetin işləməsinə və ya funksionallığına hər hansı şəkildə mənfi təsir göstərəcək şəkildə istifadə ediləcək və ya istifadə edilə bilən virusları və ya hər hansı digər növ zərərli kodu yükləmək və ya ötürmək; (h) digərlərinin şəxsi məlumatlarının toplamaq və ya izləmək; (i) spam, fişinq, farminq, pretekst, spayder, kroulinq və ya skreypinq kimi fəaliyyətlərlə məşğul olmaq; (j) hər hansı açıq-saçıq və ya mənəviyyata zidd məqsədlər; və ya (k) Xidmətin və ya onunla bağlı hər hansı vebsaytın, digər vebsaytların və ya internetin təhlükəsizlik funksiyasına müdaxilə etmək və ya ondan yayınmaq üçün. Qadağan olunmuş istifadələrə görə Xidmətdən və ya onunla bağlı hər hansı vebsaytdan istifadənizə xitam vermək haqqını özümüzdə saxlayırıq.

BÖLMƏ 13 - ZƏMANƏTLƏRDƏ QEYD-ŞƏRT; ÖHDƏLİYİN MƏHDUDLAŞDIRILMASI

Xidmətlərdən istifadənizin müdaxiləsiz, vaxtında, təhlükəsiz və ya xətasız olmasına qarantiya, təminat və ya zəmanət vermirik. Xidmətlərdən istifadə vasitəsilə əldə edilmiş nəticələrin dəqiq və etibarlı olacağına zəmanət vermirik. Siz razılaşırsınız ki, vaxtaşırı olaraq biz sizə bildirmədən, xidməti qeyri-müəyyən vaxt ərzində silə və ya hər hansı bir vaxt ləğv edə bilərik. Xidmətdən öz riskiniz hesabına istifadə etməyə və ya istifadə edə bilməməyə aşkar şəkildə razılaşırsınız. Xidmət və xidmət vasitəsilə sizə təqdim olunmuş bütün məhsullar və xidmətlər (tərəfimizdən aşkar şəkildə bildirilməsi istisna olmaqla) "olduğu kimi" və "mövcudluq əsasında" sizin istifadəniz üçün, hər hansı təminat, zəmanət və ya hər hansı növ şərtlər olmadan, aşkar və ya dolayı şəkildə, hər hansı dolayı zəmanətlər və ya yararlılıq şərtləri, satışa yararlılıq, müvafiq məqsəd üçün uyğunluq, dözümlülük, mülkiyyət və digər haqlar pozulmadan sizə təmin olunur. Heç bir halda Income Halldirektorlarımız, rəhbər şəxslərimiz, işçilərimiz, tərəfdaşlarımız, nümayəndələrimiz, podratçılarımız, təcrübəçilərimiz, təchizatçılarımız, xidmət təminatçılarımız və ya lisenziya təminatçılarımız xidmətdən və ya xidmət ilə bağlı hər hansı məhsuldan istifadəyə görə yaranmış hər hansı xəsarət, itki, iddia və ya mənfəət itkisi, gəlir itkisi, əmanət itkisi, data itkisi, dəyişdirmə xərcləri və ya hər hansı bənzər zərərlər daxil olmaqla hər hansı birbaşa, dolayı, təsadüfi, cəzalandırıcı, xüsusi və ya nəticə etibarı ilə yaranan hər hansı ziyanlara görə, eləcə də məzmunda hər hansı xəta və ya buraxılmış hissələr daxil olmaqla, amma onlarla məhdudlaşmayan xidmət və ya hər hansı məhsuldan istifadə ilə bağlı iddiaya görə, və ya xidmət vasitəsilə təmin olunmuş, ötürülmüş və ya başqa şəkildə təqdim olunmuş hər hansı məzmundan (və ya məhsuldan) istifadəyə görə müqavilə əsasında, qanun pozuntusuna görə (laqeydlik daxil olmaqla), birbaşa cavabdehlik əsasında və ya hər hansı səbəbə görə, hətta mümkünlüyü barədə məlumatlandırılmış olsa belə, məsuliyyət daşımırlar. Bəzi ştatlar və ya yurisdiksiyalarda nəticə etibarı ilə yaranan və ya təsadüfi zərərə görə məsuliyyətin istisnasına və ya məhdudlaşdırılmasına icazə verilmədiyinə görə, bizim məsuliyyətimiz qanunla icazə verilmiş maksimum hədd ilə məhdudlaşdırılmalıdır.

Bu təhsil şirkəti təhsil məhsulu satır və müştəri ilə maliyyə müəssisəsi arasında vasitəçi kimi çıxış edir. Təhsil şirkəti müştəri ilə maliyyə müəssisəsi arasında əlaqələrə görə hər hansı məsuliyyət üzərinə götürmür. Əgər maraqların hər hansı ziddiyəti olarsa, müştəri bunu yalnız maliyyə müəssisəsi ilə həll etməlidir.

BÖLMƏ 14 - TƏZMİNAT

Siz bu Xidmət Şərtlərini pozduğunuza görə üçüncü tərəfin irəli sürdüyü və ya üçüncü tərəfin qanun və haqlarını pozduğunuzu göstərən hər hansı sənədə əsasən məqbul prokuror xərcləri daxil olmaqla hər hansı iddia və ya tələbə görə təzminat ödəyəcəyinizə, Income Hall -i və bizim təsisçi şirkətimizi, törəmələrimizi, tərəfdaşlarımızı, rəhbər işçilərimizi, direktorlarımızı, nümayəndələrimizi, podratçılarımızı, lisensiya təminatçılarımızı, xidmət təchizatçılarımızı, sub-podratçılarımızı, təchizatçılarımızı, təcrübəçilərimizi və işçilərimizi qoruyacağınıza, zərərə uğratmayacağınıza razılaşırsınız.

BÖLMƏ 15 - AYRI-AYRI MÜDDƏALARIN HÖKMÜ

Əgər bu Xidmət Şərtlərinin hər hansı müddəası qanunsuz, etibarsız və ya tətbiqi qeyri-mümkün hesab edilərsə, belə müddəa mövcud qanunla icazə verilən çərçivədə tətbiqi mümkün olmalı və tətbiqi mümkün olmayan hissəsi bu Xidmət Şərtlərindən ayrılmış hesab edilməli və belə qərar yerdə qalan digər müddəaların etibarlılığına və ya tətbiq mümkünlüyünə təsir etməməlidir.

BÖLMƏ 16 - XİTAM

Xitam tarixinə qədər tərəflərin üzərlərinə götürdükləri öhdəliklər və məsuliyyətlər bütün məqsədlər üçün bu müqaviləyə xitam verilməsindən sonra da etibarlı olmalıdır. Bu xidmət şərtləri ya sizin ya da bizim tərəfimizdən xitam verilməyənə qədər etibarlıdırlar. Siz Xidmətlərimizdən istifadə etməyi artıq arzulamadığınızı bildirməklə və ya saytımızdan istifadəni dayandıran zaman, bizə bildirməklə, bu Xidmət Şərtlərinə istənilən vaxt xitam verə bilərsiniz. Əgər biz öz mülahizəmizə əsasən, sizin bu Xidmət Şərtlərinin hər hansı şərti və ya müddəasına riayət etmədiyinizi düşünür və ya güman edəriksə, öncədən heç bir bildiriş olmadan, istənilən vaxt bu müqayiləyə xitam verə bilərik və xitam günü daxil olmaqla, o zamana olan bütün məbləğlər üçün siz məsuliyyət daşıyacaqsınız; və/və ya Xidmətlərimizə (və ya onun hər hansı bir hissəsinə) girişinizə qadağa qoya bilərik.

BÖLMƏ 17 - MÜQAVİLƏNİN TAMAMI

Bu Xidmət Şərtlərinin hər hansı hüququnu və ya müddəasını icra və ya tətbiq edə biməməyimiz, belə bir hüququn və ya müddəanın ləğvini təşkil etməməlidir. Bu Xidmət Şərtləri, eləcə də bu saytda və ya Xidmətlə bağlı tərəfimizdən açıqlanmış hər hansı siyasətlər və əməliyyat qaydaları bizimlə sizin aranızda müqavilənin tamamını və anlaşmanı təşkil edir və öncəki və ya eyni zaman çərçivəsində bizimlə sizin aranızda olan hər hansı şifahi və yazılı müqavilələr, kommunikasiyalar və təkliflərdən daha üstündür (Xidmət Şərtlərinin öncəki versiyaları daxil olmaqla, amma onunla məhdudlaşmayan). Bu Xidmət Şərtlərinin şərhindəki hər hansı anlaşmazlıqlar onu hazırlayan tərəfə qarşı şərh olunmamalıdır.

BÖLMƏ 18 - TƏNZİMLƏYİCİ QANUN

Bu Xidmət Şərtləri və sizə Xidmətləri təqdim etdiyimiz hər hansı ayrı-ayrı müqavilələr İngiltərə və Uels qanunlarına uyğun olaraq tənzimlənir və təfsir edilir.

BÖLMƏ 19 - XİDMƏT ŞƏRTLƏRİNƏ DƏYİŞİKLİKLƏR

Siz bu səhifədə Xidmət Şərtlərinin ən yeni versiyasına istənilən vaxt baxa bilərsiniz. Biz, öz mülahizəmizə əsasən, vebsaytımıza hər hansı yeniliklər və dəyişikliklər etməklə bu Xidmət Şərtlərininin hər hansı bir hissəsini yeniləmək, dəyişmək və ya əvəz etmək haqqını özümüzdə saxlayırıq. Dəyişikliklərə baxmaq üçün vebsaytımızı mütəmadi olaraq yoxlamaq sizin məsuliyyətinizə daxildir. Bu Xidmət Şərtlərinə hər hansı dəyişikliklərin edilməsindən sonra bu vebsaytdan və ya Xidmətdən istifadəyə və ya bu vebsayta və ya Xidmətə daxil olmağa davam etməyiniz o dəyişiklikləri qəbul etməyiniz mənasına gəlir.

BÖLMƏ 20 - PAKET VAXTINDAN İSTİFADƏ

Paket vaxtından istifadə üçün sizin 60 gününüz var, lütfən nəzərə alın ki, bu vaxt müddəti siz paketi aldığınız gündən hesablanır.

BÖLMƏ 21 - ƏLAQƏ MƏLUMATI

Xidmət Şərtləri ilə bağlı suallar qeyd olunan ünvanda bizə göndərilməlidir [email protected]

Peşəkar treyderlərin tərtib və idarə etdikləri kurslar vasitəsilə praktiki məlumatlar və təcrübələr əldə edin.

Qoşulaq!

Contact: UK +44 (1926) 955369

Müəllif hüquqları qorunur incomehall.com © 2024